DÜNYA

Məscidə hücum edildi: 11 nəfər saxlanıldı

Almaniyanın Leypsiq şəhərində Türk-İslam Diyanət Birliyinə bağlı Eyüp Sultan Məscidi bir qrup tərəfindən bərk əşyalar və atəşfəşanlıqla hücuma məruz qalıb. Hücumla əlaqədar 11 nəfər saxlanılıb.

32gun.az xəbər verir ki, Almaniyada 100-150 nəfərlik ultra solçu radikal qrup dünən axşam qatıldıqları nümayişdən sonra Eyüp Sultan məscidinə hücum edib.

Məscidin binasına ziyan dəyib.

Oxşar Xəbərlər