DÜNYA

İt kimi aldıqları heyvan tülkü çıxdı - Qonşunun bütün toyuqlarını yeyərək evdən qaçdı

Peruda it sahibi olmaq istəyə ailə ev heyvanları mağazasına gedib, bəyəndikləri iti alıblar.

32gun.az xarici mətbuata istinadən xəbər verir ki, iti aldıqdan 6 ay sonra aldadıldıqlarını anlayıblar. Ailə itin böyüdükcə fərqli bir heyvana çevrildiyini görüb.

Həmçinin iti aldıqdan bir müddət sonra ətrafdakı bütün toyuqlar bir-bir yox olmağa başlayıb. Heyvanın cinsindən şübhələnən ailə araşdırmalar nəticəsində elmi adı "Lycalopex culpaeus" olan And tülküsünü satın aldıqlarını öyrənib.

"Run Run" adını verdikləri heyvan əvvəlcə məhəllədəki digər ev itləri ilə oynayıb. Lakin "it" böyüdükcə nəyinsə yolunda getmədiyi aydın olub. Heyvanın sahibi Maribel Sotelonun dediyinə görə, "Run Run" hövzələrdə ördək və toyuq ovlayaraq sakinləri qəzəbləndirməyə başlamışdı. Heyvan bir neçə gün əvvəl evdən qaçıb. Milli Meşə və Vəhşi Təbiət Xidməti (SERFOR) rəsmiləri indi onu özəl mərkəzə və ya zooparka aparmağa çalışırlar.

Bu hadisədən sonra Ualter Silva tacirlərin Loreto, Ucayali və Madre de Dios kimi Amazon bölgələrindən bir çox vəhşi heyvanın qaçaq yolla apararaq Limada satdıqlarını bildirib. 

Ailə isə hadisədə mağazanı günahlandırıb. 

Oxşar Xəbərlər