İDMAN ÖZ XƏBƏR

Karatenin "Qara Brilliant"nın bu paylaşımı diqqət çəkdi

Karate üzrə altıqat dünya və 11 qat Avropa çempionu, Yata Olimpiya oyunlarının mükafatçısı Rafael Ağayev maraqlı paylaşım edib.

32gun.az xəbər verir ki,, Tanınmış karateçi, karatenin "Qara brilliant"ı R. Ağayev  dostu, sabiq karateçi Namiq Sultanovla birlikdə çəkilmiş fotolarını izləyiciləri ilə bölüşüb.

Paylaşımda həm yeni, həm də onların uşaqlıq illərinə aid görüntülər yer alıb. Uşaqlıq fotosunda hər iki idmançı idman zalında karate kimanosunda təsvir olunub.

Rafael Ağayev paylaşımına “Hər şeyin təzəsi, dostun köhnəsi” sözlərini əlavə edib.

Ayaz

-->

Oxşar Xəbərlər