İDMAN ÖZ XƏBƏR

Zorlamada ittiham olunan “Rubin” futbolçuları həbsdə qalacaqlar

“Rubin” klubunun gənclər komandasının futbolçuları Dmitri Proxorov və Fyodor Zolotaryov məhkəmə qərarı ilə 12 oktyabra qədər həbsdə saxlanılacaq.

32gun.az xəbər verir ki, bu barədə “Realnoye vremya” nəşri məlumat yayıb.

Qazanın Sovetski rayon məhkəməsi avqustun 18-də futbolçular barəsində həbs qətimkan tədbiri seçmişdi. Sentyabrın 2-də isə Tatarıstan Ali Məhkəməsi həmin qərarı qüvvədə saxlayaraq onların statusunu “şübhəli”dən “təqsirləndirilən” şəxsə dəyişib.

Hər iki futbolçu 2006-cı il təvəllüdlüdür və onlar “zorlamada” və “cinsi xarakterli zorakı hərəkətlərdə” ittiham olunurlar.

Xatırladaq ki, avqust ayında mediada yayılan xəbərlərə görə, futbolçular oteldə istirahət edərkən onlara bir qrup qız yaxınlaşıb. Sonradan qızlar söhbəti davam etdirmək üçün futbolçularla evə gediblər. Qızlardan biri səhhətində problem yarandığı üçün evə qayıdıb, digəri isə futbolçuların evində gecələyib. Ertəsi gün polisə zorlamayla bağlı şikayət daxil olub.

Proxorov və Zolotaryov isə hadisə ilə bağlı ittihamları rədd edir və qızla münasibətləri olmadığını, səhər onu evinə yola saldıqlarını bildirirlər.

Ayaz

Oxşar Xəbərlər