“McLaren” komandasının britaniyalı pilotu Lando Norris “Formula-1” üzrə dünya çempionatının 16-cı mərhələsi – İtaliya Qran-Prisinin ikinci sərbəst yürüşündə ən yaxşı nəticəni göstərib.
32gun.az xəbər verir ki, Norris dövrəni 1 dəqiqə 19,878 saniyəyə qət edərək protokolda birinci olub. Onun ardınca “Ferrari”nin monakolu sürücüsü Şarl Lekler (+0,083 saniyə) ikinci, “Williams”ın ispaniyalı pilotu Karlos Sains (+0,096 saniyə) isə üçüncü yeri tutub.
Qeyd edək ki, sentyabrın 6-da üçüncü sərbəst yürüş və təsnifat mərhələsi keçiriləcək. Əsas yarış isə sentyabrın 7-də, Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Xatırladaq ki, Lando Norris 2018-ci ildə “Formula-2” üzrə vitse-çempion olub. 2015–2017-ci illərdə müxtəlif seriyalarda beş titul qazanıb, o cümlədən Avropa “Formula-3”-də də çempionluq əldə edib. 2019-cu ildən “Formula-1”-də “McLaren” komandasını təmsil edən Norris, 2024-cü ildə dünya vitse-çempionu titulunu qazanıb.
Ayxan