Rusiya Kubokunun D Liqası üzrə beşinci turunda paytaxt derbisi “Lokomotiv” və ÇSKA arasında baş tutub və əsas vaxt 0:0 hesabı ilə başa çatıb.
32gun.az xəbər verir ki, Qalib penaltı seriyasında müəyyən edilib. Burada ÇSKA daha soyuqqanlı çıxış edərək 4:2 hesabı ilə qələbə qazanıb. Qalib qolu braziliyalı futbolçu Enrike Karmo vurub. Əsas vaxt boyunca qarşılaşma çoxsaylı hadisələrlə zəngin olsa da, qollar qeydə alınmayıb. Ən təhlükəli an 84-cü dəqiqədə baş verib: “Lokomotiv” topu toruna göndərib, lakin VAR icmalından sonra qol ofsayd vəziyyətinə görə ləğv olunub.
“Lokomotiv” matçın böyük hissəsini azlıqda keçirib, çünki müdafiəçi Kristian Ramirez zədələnib və bütün əvəzetmələr istifadə olunmuşdu. ÇSKA topa daha çox sahib olsa da, imkanlarını reallaşdıra bilməyib. Mərkəz sahəsində gərgin mübarizə çoxsaylı faullarla müşayiət edilsə də, təkcə 89-cu dəqiqədə sarı vərəqə göstərilib.
Qrup cədvəlində ÇSKA 10 xalla birinci pillədədir, “Lokomotiv” isə əlavə göstəricilər baxımından ondan geri qalır.
Ayaz