NHL klubu “Buffalo Sabres” rusiyalı qapıçı Aleksandr Georgiyevi transfer (imtina) siyahısına daxil edib.
32gun.az xəbər verir ki, bu barədə klubun rəsmi mətbuat xidməti məlumat yayıb.
Komandanın baş məşqçisi Lindi Raff bildirib ki, qərar iki əsas amillə bağlıdır: kanadalı qapıçı Kolten Ellisin transfer siyahısından komandaya qatılması və əsas qapıçı Ukko-Pekka Luukkonenin zədədən bərpası ilə bağlı müsbət proqnozlar.
Georgiyev 12 sentyabrda “Buffalo” ilə 825 min dollarlıq birillik müqavilə imzalamış və yeni komandasının heyətində dörd yoxlama oyunu keçirmişdi. Daha əvvəl o, “San-Xose Sharks” və “Kolorado Avalanche” klublarında çıxış edib. Ötən mövsümdə 49 oyun keçirərək zərbələrin 87,5 faizini dəf edib. Qapıçının aktivində həmçinin 2019-cu il dünya çempionatının bürünc medalı da var.
İndi digər NHL klublarının 24 saat ərzində qapıçını bu siyahıdan seçmək və onun mövcud müqaviləsini üzərlərinə götürmək imkanı var. Əks halda, Georgiyev farm-kluba göndərilə bilər.
Ayaz