İDMAN ÖZ XƏBƏR

Gənc futbolçu ölü tapıldı

Seneqallı 18 yaşlı qolkiper Şeyk Ture Qanada ölü tapılıb.

"32gun.az" xarici mətbuata istinadla xəbər verir ki, qapıçının qaçırılaraq qətlə yetirildiyi güman edilir.

İddiaya görə, futbolçuya yalandan əvvəlcə peşəkar klubda baxışda olacağı, daha sonra isə onunla rəsmi müqavilə imzalanacağı vəd edilib. Daha sonra isə onun ailəsindən pul tələb olunub. İstənilən məbləği toplamaq mümkün olmadığında gənc qapıçı cinayətkar qruplar  tərəfindən öldürülüb.

Ölkəsinin Xarici İşlər Nazirliyi Qana səlahiyyətliləri ilə birgə araşdırmaların başlandığını elan edib.

Ayaz

Oxşar Xəbərlər