1976-cı ilin olimpiya çempionu, hazırda jurnalist kimi fəaliyyət göstərən Yelena Vaysexovskaya, “Serebryanıy Dojd” radiosunda Aleksey Yaroşevskinin “Vne Igry” verilişində fiqurlu konkisürən Alina Zağitovanı tənqid edib.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, söylədiklərinin birbaşa efirdə yayımlandığından xəbərsiz olub.
Yaroşevski söhbət zamanı bildirib ki, Yevgeniya Medvedeva qonaq olanda “çox yaxşı bir efir alınıb”.
Vaysexovskaya buna belə cavab verib:
“İzləmişdim. Jenyka — əladır! O, gözəl danışır, qarşısındakını hiss etməyi bacarır. Eterinin bütün qızları arasında ən yaxşısı odur. Yox, Alina deyil — otur və özün açım… Bu, ümumiyyətlə, dəhşətdir”.
Daha sonra Yaroşevski ona birbaşa efirdə olduqlarını xatırladıb. Ardınca isə əlavə edib:
“Anlayıram səni. Heç bir problem yoxdur”.
Alina Zağitova 2019-cu ildə karyerasını dayandırıb və o vaxtdan bəri rəsmi yarışlara qayıtmayıb. Onun aktivində Olimpiya çempionluğu ilə yanaşı, 2019-cu ilin dünya çempionatının qızılı, eləcə də 2018 və 2019-cu illərin Avropa çempionatlarından qızıl və gümüş medallar var. Zağitova Rusiyada tarixdə ilk, dünya üzrə isə Kim Yuna-dan sonra bütün böyük titulları qazanan ikinci qadın fiqurlu konkisürəndir.
Ayaz