14 yaşlı fiqurçu Yelena Kostılyevanın anası İrina Kostılyeva “Anjelı Plüşçenko” akademiyasının ərazisindən çıxarıldığını açıqlayıb.
32gun.az xəbər verir ki, O, bu barədə öz Telegram kanalında məlumat verib.
Kostılyevanın sözlərinə görə, çıxarılma qərarı gözlənilən idi:
“Dünən səhər məni ‘Anjelı Plüşçenko’ ərazisindən çıxardılar. Buna hazır idim, çünki il boyu mənə bu barədə hədə-qorxu gəlirdilər. Harada qalacağımı əvvəlcədən həll etmişdim — dostlarım mənə akademiyadan bir kilometr aralıdakı bağ evlərində yaşamağa icazə verdilər.”
Yelena Kostılyeva ikiqat Olimpiya çempionu Evgeni Plüşçenkonun rəhbərliyi altında məşq edir. 25 noyabrda Plüşçenko Yelena Kostılyevanın anasını öz övladına qarşı fiziki zorakılıq tətbiq etməkdə ittiham etmişdi.
Xatırladaq ki, iyunun sonunda Kostılyeva-ana Plüşçenkonu qızını qanunsuz şəkildə saxlamada günahlandırmışdı. O, yayımladığı iki videoda Plüşçenko və həyat yoldaşı Yana Rudkovskayanın yetkinlik yaşına çatmayan fiqurçunu öz evlərində iradəsi xaricində saxladıqlarını iddia edirdi. Kadrlarda Kostılyevanın polis əməkdaşlarından qaçaraq kömək istəməsi də görünürdü.
Lakin bir neçə saat sonra Kostılyeva-ana yeni video yayımlayaraq əvvəlki iddialarını tamamilə təkzib etmişdi. Bundan sonra o, vaxtaşırı Plüşçenkonu və onun iş üsullarını tənqid etməyə davam edib.
Ayaz