İDMAN ÖZ XƏBƏR

Döyüşçü Monsona Z döyməsini ört-basdır etməsi tələb olunduqdan sonra Moldovaya girişi qadağan edilib

Rusiyalı qarışıq döyüş növləri (MMA) idmançısı Ceff Monsona Moldovaya kikkboksinq döyüşü üçün girişə buraxmayıblar.

32gun.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Monson bildirib ki, onu və məşqçisini Moldovada hava limanında saxlayaraq ölkəyə buraxmaqdan imtina ediblər:
“Mənə Z hərfi olan tatuumu makiyajla örtməyi təklif etdilər. Həmçinin mətbuat konfransı zamanı Rusiya barədə danışmamağımı istədilər. Bu, mənim üçün təhqiredicidir,” — deyə döyüşçü qeyd edib.

2023-cü ilin mayında Monson ABŞ vətəndaşlığından imtina etmişdi. O, ABŞ-ın apardığı siyasətlə razı olmadığını bildirmiş və bundan sonra bütün düşüncələrinin və gələcəyinin Rusiya ilə bağlı olduğunu demişdi.

Monsonun MMA karyerasında 88 döyüşü var: onlardan 60-da qalib gəlib, 26 döyüşdə məğlub olub, bir qarşılaşma heç-heçə ilə bitib, bir döyüşün isə nəticəsi qeydə alınmayıb. Onun son rəsmi döyüşü 2016-cı ildə baş tutub. 2018-ci ilin mayında Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə Monsona Rusiya vətəndaşlığı verilmişdi.

Ayaz 

Oxşar Xəbərlər