SOSIAL

ASA-da "Suverenliyin zəfər yolu" kitabının təqdimatı keçirildi

Dekabrın 8-də Azərbaycan İdman Akademiyasında (ASA) “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar və siyasi paralellər” adlı kitabının təqdimatı keçirilib.

Təqdimat mərasimində kitabın müəllifi – Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyəti sədrinin müavini, sədr vəzifəsini icra edən, hüquq üzrə fəlsəfə doktoru Vəfaddin İbayev çıxış edərək nəşrin elmi əhəmiyyəti haqqında məlumat verib. Nəşrdə 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətləri, çıxışları və müsahibələri üç istiqamət üzrə təhlil edilərək dövlət suverenliyinin bərpasını şərtləndirən əsas siyasi-hüquqi məqamlar geniş işıqlandırılıb.

Təqdimat ASA-nın professor-müəllim və tələbə heyəti tərəfindən maraqla qarşılanıb. Sonda müəllif Akademiyanın kitabxanasına nəşrin imzalı nüsxəsini hədiyyə edib.

 

Oxşar Xəbərlər