DÜNYA ÖZ XƏBƏR

Litvada kontrabandanın təhlükəli üsullarla keçirilməsinə görə cəzalar sərtləşdirildi

Litvada təhlükəli və ictimai təhlükə yaradan üsullarla kontrabanda daşınmasına görə cəzalar sərtləşdirilib.

32gun.az bildirir ki, bu barədə hökumətin müvafiq təklifini ölkə Sejmi (parlamenti) təsdiqləyib.

Litvanın daxili işlər naziri Vladislav Kondratoviç bildirib ki, hətta sərhəddən təhlükəli üsulla atılan bir qutu siqaret belə minimum iki il müddətinə azadlıqdan məhrumetmə cəzasına səbəb olacaq. Qanunda cərimə alternativi artıq nəzərdə tutulmur. Kontraban­da təşkilatçıları isə səkkiz ilədək həbs cəzası ala bilərlər.

Xatırladaq ki, 9 dekabrda Belarus prezidenti Aleksandr Lukaşenko Litvanın meteoroloji zondlar vasitəsilə həyata keçirilən kontrabanda məsələsini siyasi müstəviyə daşıdığını bildirmişdi. Onun sözlərinə görə, ekspertlər məsələni araşdıraraq zondların mülki aviadasiyaya təhlükə yaratmadığını müəyyənləşdiriblər və Litvanın ittihamlarını əsassız adlandırıblar.

Həmin gün Litva hökuməti Belarusdan daxil olan meteoroloji zondlar səbəbilə ölkə ərazisində fövqəladə vəziyyət rejimi elan edib.

Nilay 

Oxşar Xəbərlər