İspaniya hökuməti 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrə girişini məhdudlaşdırmağa imkan verəcək xüsusi aləti tətbiq etməyi planlaşdırır.
32gun.az xəbər verir ki, bu barədə ölkənin rəqəmsal transformasiya naziri Oskar Lopes “ABC” qəzetinə açıqlama verib.
Nazirin sözlərinə görə, artıq fəaliyyət göstərən yaşın qiymətləndirilməsi aləti Avropa Komissiyası tərəfindən test edilir və özünü təsirli bir mexanizm kimi göstərib:
“Bu, yaradılmış alətlər arasında ən yaxşısıdır”, — deyə Lopes bildirib.
Onun sözlərinə görə, alət yetkinlik yaşına çatmayanların qorunması haqqında yeni qanun layihəsi ilə birlikdə tətbiq olunacaq. Həmin təşəbbüs çərçivəsində sosial şəbəkələrdə hesab açmaq üçün minimal yaş həddinin 14-dən 16 yaşa qaldırılması təklif olunur. Sistem 2026-cı ildə işə salınacaq.
Xatırladaq ki, bir gün öncə Fransa prezidenti Emmanuel Makron da ölkədə 15–16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinin qadağan edilməli olduğunu bəyan etmişdi. Onun sözlərinə görə, bütün sosial platformalarda məcburi yaş təsdiqlənməsi sistemi tətbiq olunacaq və göstərilən yaşdan aşağı olanlara giriş qadağan ediləcək.
Ayaz