DÜNYA ÖZ XƏBƏR

"Tailand və Kamboca liderləri atəşi dayandırmağa razılaşıblar" - Tramb

Tramp, Tailandın və Kambocanın baş nazirləri Anutin Çanvirakun və Hun Manetlə iki ölkə arasında yenidən başlayan sərhəd münaqişəsi barədə “çox yaxşı söhbət” aparıb.

32gun.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Truth Social hesabında bildirib. 

Onun sözlərinə görə, tərəflər bu axşam istənilən atəş açma hallarını dayandırmağa və Trampın iştirakı, eləcə də Malayziyanın baş naziri Ənvar İbrahimin vasitəçiliyi ilə əldə edilən ilkin sülh razılaşmalarına qayıtmağa razılıq veriblər.

ABŞ lideri əlavə edib ki, hər iki ölkə sülhə və ABŞ-la ticarət münasibətlərinin inkişafına hazır olduqlarını bildirib.

Tailand və Kamboca arasında sərhəd toqquşmaları 8 dekabr 2025-ci ildə yenidən başlayıb. Bankok, Kambocanı Buriram vilayətində mülki yaşayış məntəqələrinə hücumda ittiham edib və danışıqlardan imtina edərək yeni hərbi əməliyyatlara başlamaq qərarına gəlib.

10 dekabrda Donald Tramp ölkələr arasındakı silahlı münaqişəni yenidən dayandırmağı planlaşdırdığını açıqlamışdı.

Ayaz 

Oxşar Xəbərlər