DÜNYA ÖZ XƏBƏR

Moskvanın şimalında “Arena Plaza” Ticarət Mərkəzinfəki hər kəs təxliyə edildi

Moskvanın şimalında yerləşən “Arena Plaza” ticarət mərkəzinin (TM) ziyarətçiləri təxliyə edilib.

32gun.az xəbər verir ki, bu barədə “Ostorojno, Moskva” Telegram kanalı məlumat verib.

Hadisə şahidlərinin sözlərinə görə, hüquq-mühafizə orqanları bina ətrafını qoruma altına alıb və insanlardan TM-ni tərk etmələrini xahiş ediblər. Ticarət mərkəzinin yanında bir neçə avtobus-avtozak və təcili yardım maşını dayanıb. Təxliyənin səbəbləri hələlik məlum deyil.

7 dekabrda Moskvanın mərkəzində yerləşən Yeni Tretyakov qalereyasında siqnalizasiya işə düşmüş və ziyarətçilər səsləndirici vasitəsilə binanı tərk etməyə çağırılmışdı. Sonradan muzeyin rəsmi Telegram kanalında girişin saat 18:00-dək məhdudlaşdırıldığı qeyd edilmişdi. Ziyarətini yarımçıq saxlamalı olan və biletləri ləğv olunan seanslara almış şəxslərə isə biletləri geri qaytarmaq və ya iki həftə ərzində istənilən gün sərgiləri ziyarət etmək imkanı verilmişdi.

Bu il 6 oktyabrda Moskva vilayətinin Dolqoprudnı şəhərində yerləşən “Gorod” TM-də də təxliyə elan olunmuşdu. Şahidlər bildirirdilər ki, ziyarətçilər binanı tüstülənmə səbəbilə tərk etməyə çağırılmışdı. Daha sonra məlum olmuşdu ki, füd-kort zonasındakı fritür cihazı yanıb və yanğın gürcü mətbəxi restoranında baş verib.

Ayaz 

Oxşar Xəbərlər