Rostov-na-Donu şəhərində hava hücumundan müdafiə (PVO) qüvvələri bir neçə pilotsuz uçuş aparatını (PUA) vurub. Uçuş aparatlarının qalıqları şəhərin bir rayonunda düşdükdən sonra yanğın baş verib.
32gun.az xəbər verir ki, bu barədə SHOT Telegram kanalı xəbər verib, məlumatları isə şahidlər və fövqəladə xidmətlərdən alıb.
Kanalın məlumatına görə, partlayış səsləri şəhərin qərbində gecə saat 2:20-də eşidilməyə başlayıb və müxtəlif fasilələrlə davam edib. Şahidlər əvvəlcə dronların xarakterik uçuş səslərini eşitdiklərini bildiriblər. Vurulmuş PUA-lardan birinin qalıqları fərdi yaşayış sektoruna düşüb və bu, yanğına səbəb olub. Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub.
Dekabrın 15-nə keçən gecə, həmçinin, Ukrayna Silahlı Qüvvələrinin Belqorod şəhərinə zərbəsindən sonra bir rayonda tüstülənmə baş verdiyi, onlarla yaşayış binasında işığın kəsildiyi bildirilmişdi.
Bundan əlavə, Moskva meri Sergey Sobyanin də PUA hücumlarından danışıb. Onun sözlərinə görə, hava müdafiə qüvvələri hava hədəflərini vurmağa müvəffəq olub.
Ayaz