DÜNYA ÖZ XƏBƏR

Kiyevdə məktəblərdən birində yeniyetmə straykbol qumbarasını işə salıb

Kiyevdə məktəblərdən birində yeniyetmə straykbol qumbarasını partladıb.

32gun.az xəbər verir ki, bu barədə Strana.ua nəşri Ukrayna Milli Polisinə istinadən məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, qumbara pilləkənlərin altında işə düşüb. Onu yuxarı sinif şagirdi partladıb.

“Yuxarı sinif şagirdi bunu əyləncə məqsədilə və kontent yaratmaq üçün edib”, — deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, dekabrın 3-də Odessada bir kişi yaşayış binasında qumbaralar partladıb. O, ümumilikdə üç partlayıcı qurğudan istifadə edib. KİV-də yayımlanan görüntülərdə hadisə yerində tibb işçilərinin qan içində olan şəxsi xərək vasitəsilə təcili tibbi yardım avtomobilinə apardığı görünür.

Noyabr ayında isə Ukraynanın qərbində bir kişi hüquq-mühafizə orqanlarının əməkdaşları onu ərazi komplektləşdirmə mərkəzinə (TCK, hərbi komissarlıq) aparmaq istədiyi zaman qumbaranı partladıb. Polis məlumatına görə, hadisə Lvov vilayətinin Sambor rayonunun Rudki şəhərində baş verib. Asayiş keşikçiləri yol hərəkəti qaydalarını pozan Alfa Romeo markalı avtomobili saxlayıblar. Sənədlərin yoxlanılması zamanı sürücü qumbaranı çıxararaq işə salıb və nəticədə özü xəsarət alıb. O, xəstəxanaya çatdırılıb, faktla bağlı cinayət işi açılıb.

Ayaz 

Oxşar Xəbərlər