DÜNYA ÖZ XƏBƏR

Kişi qapı ilə sevgilisinə zərbə vurdu, qadın həyatını itirdi - Bu ölkədə

Tatarıstan sakini ilə birlikdə yaşadığı qadın arasında baş verən münaqişə cinayət işi ilə yekunlaşıb.

32gun.az bildirir ki, bu barədə region prokurorluğu məlumat yayıb.

Hadisə Arsk şəhərində baş verib. İstintaqın məlumatına görə, cütlük arasında mübahisə yaranıb. Münaqişə zamanı kişi qapını itələyib və həmin anda qapının arxasında olan qadın zərbə alıb.

Nəticədə qadın üz nahiyəsindən xəsarət alıb. O, sadəcə qanı yuyaraq yatmağa gedib. Səhər saatlarında isə kişi onun artıq nəfəs almadığını anlayıb.

Hadisə ilə bağlı kişi barəsində cinayət işi açılıb və o, sağlamlığa ağır zərər vurmaqda ittiham olunub.

“Məhkəmə ona 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Hökm qanuni qüvvəyə minib”, – deyə məlumatda bildirilir.

Ayaz

Oxşar Xəbərlər