Sankt-Peterburqda hüquq-mühafizə orqanları qanunsuz tütün və nikotintərkibli məhsullar istehsal edən fabrikin fəaliyyətini dayandırıb
32gun.az bildirir ki, bu barədə region üzrə Rusiya Milli Qvardiyasının (Rosqvardiya) Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, SOBR əməkdaşları, FSB-nin Sərhəd İdarəsi və Rosalkoqoltütünnəzarət qurumunun birgə əməliyyatı zamanı Vasilyevski adasının 19-cu xəttində yerləşən ofisdə qeyri-qanuni istehsal aşkarlanıb və qarşısı alınıb.
Əməliyyat zamanı sənədləri olmayan xammal, məcburi markalanması olmayan hazır məhsullar, eləcə də texnoloji avadanlıqlar tapılıb. Obyektdən təxminən 4,5 min ədəd tütün tərkibli məhsul və 6 mindən çox nikotin tərkibli məhsul müsadirə edilib. Cinayət yolu ilə əldə olunan məhsulların ümumi dəyərinin 1 milyon rubldan artıq olduğu bildirilib.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 171.1-ci maddəsinin 6-cı hissəsinin “a, b” bəndləri üzrə — markalanmamış məhsulların qanunsuz istehsalı və satışı maddəsi ilə cinayət işi başlanıb.
Nilay