İngiltərə sakini Milad mahnılarını 42 saat ardıcıl oxuyaraq dünya rekordu müəyyənləşdirib.
32gun.az bildirir ki, bu barədə UPI nəşri məlumat yayıb.
Qloster şəhərində məşhur On Toast qəlyanaltı dükanının sahibi Deyv Pörçes mağazasını müvəqqəti bağlayaraq Milad mahnılarından ibarət əsl musiqi marafonu təşkil edib. Məqsəd isə bayram mahnılarının fasiləsiz ifası üzrə dünya rekordunu yeniləmək olub.
Əvvəlki rekord 2024-cü ildə Nigeriya vətəndaşı tərəfindən müəyyən edilmişdi — o, Milad mahnılarını 40 saat oxumuşdu. Deyv Pörçes isə 42 saat ərzində ümumilikdə 684 Milad mahnısı ifa edərək adını rekordlar tarixinə yazdırıb.
“Özümə dedim ki, bunu bacararam, çünki saatlarla oxuya bilirəm”, — deyə britaniyalı rekordu barədə danışıb.
O, ifaya “Jingle Bells” kimi klassik mahnılarla başlayıb, daha sonra Maraya Keri və Wham! qrupunun müasir Milad hitlərinə keçib. Marafon zamanı ona demensiya xəstələrindən ibarət xor, uşaq xoru və sadə şəhər sakinləri də qoşulublar.
Ayaz