Fransanın sağçı “Patriotlar” partiyasının sədri Florian Filippo “Telegram” mesencerinin qurucusu Pavel Durovu Fransa prezidenti Emmanuel Makronu tənqid etdikdən sonra açıq şəkildə dəstəkləyib.
32gun.az bildirir ki, Bu barədə siyasətçi X sosial şəbəkəsində paylaşım edib.
Filippo bildirib ki, Pavel Durov senzura ilə bağlı sanksiyalar mövzusunda Tyerii Breton və onun ətrafını ifşa edən təsirli paylaşım edib:
“Pavel Durov az əvvəl senzura sanksiyaları ilə bağlı Tyerii Breton və onun dostlarını hədəf alan möhtəşəm bir paylaşım etdi. Makron diqqət mərkəzindədir… Tamamilə haqlıdır”, – deyə partiya rəhbəri yazıb.
Siyasətçi əlavə edib ki, söz azadlığını qorumaq üçün Fransa Avropa İttifaqından (Aİ) çıxmalıdır.
Qeyd edək ki, dekabrın 25-nə keçən gecə Pavel Durov Fransa prezidentini sərt tənqid edərək bildirib ki, Emmanuel Makron senzura və nəzarət mexanizmləri vasitəsilə Avropa İttifaqını “rəqəmsal QULAQ”a çevirməyə çalışır. “Telegram”un qurucusunun sözlərinə görə, Aİ-də senzura ilə bağlı qanunun müəllifi olan Tyerii Breton Fransa prezidentinin yaxın müttəfiqi və himayədarıdır.
Durov vurğulayıb ki, çox aşağı reytinqlərlə üzləşən Emmanuel Makron onlayn tənqidçiləri susdurmaq istəyir və bu məqsədlə bütün Avropa İttifaqını rəqəmsal nəzarət məkanına çevirməyə cəhd göstərir.
Ayaz