Rusiyanın Yamal-Nenets Muxtar Dairəsində uşaq bağçasında zorakılıq faktı qeydə alınıb.
32gun.az bildirir ki, bu barədə yerli prokurorluq məlumat verib
Məlumata görə, Tazovski rayonunda yerləşən “Teremok” uşaq bağçasının kiçik tərbiyəçisi axşam yeməyi zamanı uşaqlardan birinə qarşı zor tətbiq edib.
Məlumata əsasən, tərbiyəçi “pedaqoji olmayan tərbiyə üsullarından” istifadə edərək uşağın üz nahiyəsində sıyrıqlara səbəb olub. Hadisə uşaq qrupunun yerləşdiyi otaqda, şam yeməyi vaxtı baş verib.
Rayon prokurorluğu hadisə ilə bağlı yoxlamaya başlayıb və müəssisə rəhbərinin ünvanına təqdimat göndərib. Eyni zamanda, bağçanın digər əməkdaşları intizam məsuliyyətinə cəlb olunub.
Faktla bağlı tərbiyəçi barəsində Rusiya Cinayət Məcəlləsinin 156-cı maddəsi (“yetkinlik yaşına çatmayanın tərbiyəsi üzrə vəzifələrin lazımi qaydada yerinə yetirilməməsi”) ilə cinayət işi başlanıb. Prokurorluq bildirib ki, istintaqın gedişi və nəticələri nəzarətdə saxlanılır.
Qeyd edək ki, bundan əvvəl də həmin tərbiyəçinin digər uşaqlara qarşı zorakı davranışları ilə bağlı məlumatlar yayılmışdı. İstintaq versiyasına görə, o, bir yaşlı qızı zorla yedizdirib və uşaq qusub, səkkiz aylıq körpənin ağzını önlüklə bağlayaraq üzünü yorğanla örtüb, on aylıq körpənin isə qoluna zərbə vurub və qəsdən içində körpə olan beşiyi yerə atıb.
Ayaz