Rusiyalı milyarder Aleksandr Lebedevin keçmiş həyat yoldaşı, maneken Yelena Perminova mələk qanadları ilə alt paltarı fotosessiyasında çəkilib.
32gun.az bildirir ki, O, görüntünü şəxsi Instagram hesabında paylaşıb.
Fotolarda Perminova ağ krujevalı alt paltarında və iri, tüklü mələk qanadları ilə poz verib. Görünüşü mulya ayaqqabılar tamamlayıb. Saçları yumşaq dalğalar şəklində düzülüb, makiyaj isə yüngül və təbii üslubda olub.
Qeyd edək ki, ötən həftə Yelena Perminova “Formula-1” yarışında da ictimaiyyət qarşısına çıxıb. Model qara korsetini tünd-yaşıl kargo şalvar və gün eynəyi ilə kombinasiya edib, obrazına sırğalar əlavə edib. Saçlarını yüngül dalğalarla düzən maneken, makiyajda da təbii üsluba üstünlük verib.
Bundan əvvəl Perminova bud nahiyəsinədək yarığı olan, payetlərlə bəzədilmiş qızılı libasda da tədbirdə iştirak edib. O, obrazını iri üzüklərlə tamamlayıb. Model açıq buraxılmış saçları və təbii makiyajı ilə kamera qarşısına keçib. Onun yanında “Victoria’s Secret”in “mələyi” Kandis Sveynepol da yer alıb.
Nilay