DÜNYA ÖZ XƏBƏR

İsveçrədə qunduzlarla bağlı şikayətlər üçün “qaynar xətt” yaradıldı

İsveçrənin Sürix kantonunda qunduzların yaratdığı problemlərlə əlaqədar sakinlərin müraciətlərini qəbul etmək üçün xüsusi “qaynar xətt” fəaliyyətə başlayıb.

32gun.az bildirir ki, bu barədə The Guardian nəşri məlumat yayıb.
Bildirilib ki, qış mövsümündə qunduzlar bəndlər tikir və onları təmir edir. Bu isə bəzi ərazilərdə daşqınlara, eləcə də yolların çökməsinə səbəb olur. Nəticədə yerli əhalinin meşə və bağ sahələrinə ziyan dəyir.
Qunduzların fəaliyyəti nəticəsində zərər çəkənlərə kompensasiya ödənilməsi üçün İsveçrə dövləti hər il təxminən 1 milyon İsveçrə frankı (100 milyon rubldan çox) vəsait ayırır. Yeni yaradılan “qaynar xətt” vasitəsilə vətəndaşlar ekoloq və bioloqlarla birbaşa əlaqə saxlayaraq dəyən ziyanın qiymətləndirilməsi və ərazilərin qunduzlardan qorunması ilə bağlı məsləhətlər ala bilirlər.
Mediada yer alan məlumata görə, xəttə gün ərzində orta hesabla 10 nəfər zəng edir. Zəng edənlərin bir qismini sakitləşdirmək və onlara mövcud kompensasiya mexanizmləri barədə ətraflı məlumat vermək lazım gəlir.
Qeyd edək ki, İsveçrədə qunduzların sayı sürətlə artır. Belə ki, 2008-ci ildə ölkədə 1,6 min qunduz olduğu halda, 2022-ci ildə bu rəqəm 4,9 minə yüksəlib.

Ayaz 

Oxşar Xəbərlər