Kiyevdə yenidən partlayışlar baş verib.
32gun.az bildirir ki, bu barədə Ukrayna televiziyası "Obşçestvennoye" öz Telegram kanalında məlumat yayıb.
Bildirilib ki, təxminən 20 dəqiqə əvvəl Kiyevdə gecə saatlarında ilk partlayışlar qeydə alınmışdı. Hazırda bütün Ukrayna ərazisində, o cümlədən paytaxtda hava təhdidi ilə bağlı xəbərdarlıq qüvvədədir.
Qeyd edək ki, 26 dekabr axşamı «Obşçestvennoye» Xarkovda partlayışların baş verdiyini xəbər vermişdi.
Ayaz