Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Donetsk şəhər sakininin saxlanılma anını əks etdirən videokadrları ictimaiyyətə təqdim edib. Qadın casusluqda, eləcə də Rusiya hərbçilərinin öldürülməsinə və Moskvaya zərbələr endirilməsinə çağırışlar edən paylaşımlarda şübhəli bilinir.
32gun.az bildirir ki, bu barədə РИА Новости xüsusi xidmət orqanlarının yaydığı görüntülərə istinadən xəbər verir.
Operativ çəkilişlərdə FSB əməkdaşlarının qadını mənzilinin qapısı önündə saxladıqları görünür. Saxlanılma səbəbləri ona bildirildikdə, qadın “Bu mümkün deyil” cavabını verib. Lakin sonradan aparılan dindirilmə zamanı o, törətdiklərini etiraf edib və naməlum bir qadına Rusiya hərbi texnikasının fotolarını ödənişsiz göndərdiyini bildirib. Saxlanılan şəxs həmçinin etdiklərinin mahiyyətini dərk etdiyini də etiraf edib. FSB əməkdaşının “Bunu niyə edirdiniz?” sualına isə “Tarixi olaraq belə formalaşıb” cavabını verib.
FSB-nin məlumatına görə, Donetsk sakini öz təşəbbüsü ilə “Telegram” vasitəsilə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) nümayəndələri ilə əlaqə saxlayıb və onların göstərişləri əsasında Rusiya Silahlı Qüvvələrinə məxsus obyektləri fotoşəkillə çəkib.
Qurumun mətbuat xidmətinin bildirdiyinə görə, faktla bağlı “Cəsusluq” və “Zorakılığa çağırışlar” maddələri üzrə cinayət işi başlanıb.
Ayaz