DÜNYA ÖZ XƏBƏR

Novosibirsk vilayətində 15 yaşlı məktəbli avtobusda uşaq dünyaya gətirib

Stomatoloq Dovolnı qəsəbəsindən Novosibirskə gedən avtobusda 15 yaşlı qızın doğuşunu qəbul edib.

32gun.az bildirir ki, bu barədə NGS məlumat yayıb.
Həkimin sözlərinə görə, o, sərnişinlərdən birinin hamilə olduğunu əvvəlcədən hiss edib. Dayanacaqlardan birində azyaşlı qız avtobusun arxa oturacağına keçib.

Bir müddət sonra isə onun yanında əyləşən sərnişin qızın doğuş etdiyini bildirib.
Doğuş zamanı yardımı stomatoloq öz üzərinə götürüb. O, sərnişinlərdən antibakterial salfetlər və döşəklər istəyib, bundan sonra körpənin dünyaya gəlməsinə kömək edib.
“Hadisə o qədər sürətlə baş verdi ki, uşağın cinsinə belə baxmadım. Mənim üçün əsas onun sağlam şəkildə doğulması, nəfəs alması və ağlaması idi”, – deyə həkim bildirib.
Sürücünün yanında təmiz yastıq üzü olub və yeni doğulan körpə ona bükülüb. Bir müddət sonra hadisə yerinə təcili tibbi yardım briqadası gəlib. Məlum olub ki, azyaşlı ana oğlan uşağı dünyaya gətirib.
Stomatoloqun sözlərinə görə, körpə doğulduqdan sonra o, “hər şeyin yaxşı bitdiyi anlarda yaşanan böyük sevinc hissini” keçirib.

Ayaz 

Oxşar Xəbərlər