İDMAN ÖZ XƏBƏR

Nik Kiryos Arina Sobolenko üzərində qələbəsini şərh etdi

Avstraliyalı tennisçi Nik Kiryos Dubayda keçirilən “Cinslərin döyüşü” adlı sərgi matçında dünya reytinqinin birincisi Arina Sobolenkoya qarşı qazandığı qələbə ilə bağlı fikirlərini bölüşüb.
“Kifayət qədər çətin oyun oldu. Arina çox ağır rəqibdir. Ondan nə gözləyəcəyimi bilmirdim. Bu gün ciddi şəkildə çalışmalı oldum, çünki çox yaxşı hücum edirdi. Arinaya qarşı yenidən oynamaq istərdim. Bu, əsl döyüş alındı. Həyəcan keçirirdim, setlərdə hesab yaxın idi. Bu qələbə mənə güclü emosiyalar yaşatdı”, — deyə Kiryos bildirib.
Qarşılaşma Dubaydakı “Coca-Cola Arena”nın kortunda baş tutub və 6:3, 6:3 hesabı ilə Kiryosun xeyrinə başa çatıb. Matçın gedişini Gazeta.Ru nəşri mətn formatında canlı yayımlayıb.
Statistikaya əsasən, Kiryos görüş ərzində bir eys vurub və 15 breyk-poyntdan 6-nı reallaşdırıb. Sobolenko isə eyslə fərqlənməyib və 7 breyk şansından yalnız 3-dən istifadə edə bilib. Matçın reqlamentinə görə, oyunçuların yalnız bir dəfə xidmət etmək imkanı olub. Həmçinin Sobolenkonun oynadığı kort tərəfinin ölçüsü standartla müqayisədə 9 faiz kiçildilib.

Ayaz 

Oxşar Xəbərlər