Sankt-Peterburqda qadın təcili tibbi yardım feldşerinə hücum edib
Sankt-Peterburqda qadın təcili tibbi yardım feldşerinə hücum edib.
32gun.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb.
Hadisə dekabrın 27-də Dıbenko küçəsi, 7k1 saylı binanın yaxınlığında baş verib. İlkin məlumata görə, narkotik maddə təsiri altında olduğu ehtimal edilən qadın təcili tibbi yardım briqadasından onu tibb müəssisəsinə müşayiət etməyi tələb edib. Aqressiv davranan qadın tibb işçilərinə yaxınlaşaraq feldşeri azı üç dəfə təpiklə vurub.
Hücum zamanı özü də büdrəyərək ayağından xəsarət alıb.
Hadisə yerinə gələn Rosqvardiya əməkdaşları tərəfindən Saratov vilayətindən olan 24 yaşlı qadın saxlanılıb. Ona tibbi yardım göstərildikdən sonra polis bölməsinə aparılıb. Barəsində Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 6.9-cu maddəsinin 1-ci hissəsi (həkim təyinatı olmadan narkotik vasitələrdən istifadə) üzrə inzibati protokol tərtib edilib.
Xəsarət alan feldşer xəstəxanaya çatdırılıb, ona tibbi yardım göstərilib. Müayinədən sonra ambulator müalicə üçün evə buraxılıb, vəziyyətinin qənaətbəxş olduğu bildirilib. Hazırda faktla bağlı cinayət işinin başlanması məsələsinə baxılır.
Nilay