Sankt-Peterburqda hüquq-mühafizə orqanları ittiham hökmü elan olunmazdan əvvəl məhkəmə zalından qaçan 36 yaşlı təkrar cinayətkarın axtarışına başlayıb.
32gun.az xəbər verir ki, bu barədə TASS şəhər məhkəmələrinin birləşmiş mətbuat xidmətinə istinadən məlumat yayıb.
Mətbuat xidmətinin rəhbəri Darya Lebedevanın bildirdiyinə görə, Moskva Rayon Məhkəməsinə gətirilən təqsirləndirilən şəxs Sergey Baykov hakim hökm çıxarmaq üçün müşavirə otağına getdiyi an məhkəmə binasını tərk edib. Onun sözlərinə əsasən, məhkəmə Baykovu inzibati nəzarətdən yayınma və bunun inzibati xəta ilə müşayiət olunması maddəsi üzrə (Rusiya Federasiyası CM-in 314.1-ci maddəsinin 2-ci hissəsi) təqsirli bilib, 7 ay müddətinə ciddi rejimli cəzaçəkmə koloniyasında azadlıqdan məhrum etmə cəzası təyin edib və qaçdığı üçün onu axtarışa verib.
Hökm çıxarılana qədər Baykov barəsində məhkəməyə mütləq gəlmə öhdəliyi tətbiq olunmuşdu. O, prosesə məcburi qaydada gətirilmişdi. Məlumata görə, Baykov daha əvvəl soyğunçuluq, oğurluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, xuliqanlıq, saxta pul hazırlama, döymə və ölümlə hədələmə kimi cinayətlərə görə dəfələrlə məhkum olunub.
Ayaz