DÜNYA ÖZ XƏBƏR

O özünü niyə "İlin qadını" hesab etdiyini açıqladı

Bloger və teleaparıcı İda Qaliç özünü “ilin qadını” hesab etməsinin səbəblərini açıqlayıb.

32gun.az bildirir ki, O, bu barədə Telegram kanalında paylaşım edib.
“ Mən — ilin qadınıyam. Və bu adı özümə layiq görürəm. Ana oldum. İşə qayıtdım. Ana südü ilə qidalanmanı bacardım. Körpəmi böyütdüm. Paralel olaraq serialda çəkildim. Çox sayda layihə həyata keçirdim”, — deyə Qaliç yazıb.
Qeyd edək ki, İda Qaliç 28 iyul 2025-ci ildə nişanlısı, sahibkar Oleq Ledviçdən qız övladı dünyaya gətirib. Ulduz 2025-ci ilin əvvəlində nişanlandığını açıqlamış, yanvar ayının sonunda isə hamilə olduğunu təsdiqləmişdi. Teleaparıcı bildirib ki, onlar övlad sahibi olmağı çoxdan arzulayır və bunu planlaşdırırdılar.
Qaliç doğuşdan cəmi bir ay sonra yenidən işə başlayıb. O etiraf edib ki, sentyabrın 20-dək çəkilişlər üçün yaxşı formada olmağı planlaşdırırdı. Bu məqsədlə şirniyyat, un məmulatları və fastfuddan imtina edərək ciddi pəhriz saxlayıb. Lakin sonradan bu qədər qısa müddətdə nəticə gözləməyin düzgün olmadığını anlayıb və bədəninə öz tempində bərpa olunmaq imkanı verib.
Məşhur blogerin əvvəlki münasibətindən — 2020-ci ildə ayrıldığı Alan Basiyevdən isə beş yaşlı Leon adlı oğlu da var.

Nilay 

Oxşar Xəbərlər