Rusiyanın Volqoqrad vilayətində qadın tanışını oyuncaq tapança ilə hədələyərək qarət edib.
32gun.az xəbər verir ki, bu barədə Rusiya DİN-in vilayət üzrə idarəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, bazar ertəsi – 29 dekabr tarixində Çernışkovski rayon polis şöbəsinə 26 yaşlı yerli sakin müraciət edib. Qız bildirib ki, quldurluq hücumuna məruz qalıb və hadisəni törədən onun tanışı olub. Hücum edən qadın hədə-qorxu yolu ilə zərərçəkəni öz hesabına 4 min rubl köçürməyə məcbur edib.
Zərərçəkənin sözlərinə görə, qadın onu vətəndaş nikahında yaşadığı ərinə qısqanıb və münasibətləri aydınlaşdırmaq üçün üzərinə, silaha bənzər əşya ilə gəlib.
Qısa müddət sonra şübhəli şəxs saxlanılıb. Daha əvvəl də məhkum olunmuş 39 yaşlı qadın əməlini dərhal etiraf edib.
Araşdırma zamanı məlum olub ki, qadının əlində olan silah əslində oğluna məxsus oyuncaq tapança olub. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci maddəsinin 2-ci hissəsi (quldurluq) üzrə cinayət işi başlanıb. İstintaq davam etdirilir.
Ayaz