ÖZ XƏBƏR

Bu icra hakimiyyətində 56 minlik xərc - Hind yasəməni, Lampantus, Qazon, Küknar 

Abşeron Rayon İcra Hakimiyyəti abadlıq işlərinin görülməsi çərçivəsində ağac və gül kollarının əkilməsi, həmçinin ot örtüyünün salınması xidmətlərinin satınalınması üzrə tenderin qalibi “Eko Ferma Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

32gun.az bildirir ki, bağlanacaq müqavilənin dəyəri 55.500 AZN təşkil edir.

Tenderə əsasən satın alınacaq bitkilər və xidmətlər aşağıdakılardır: Hind yasəməni (30 ədəd, dibçəkdə, 1,5–2 m hündürlüyündə), Lampantus (3.000 ədəd, 15–20 sm hündürlüyündə, yazda çiçək açan), Qazon (10.000 m², çoxillik, rulon şəklində, mülayim-isti və quru subtropik iqlimə uyğun), Evonimus (1.000 ədəd, 40–50 sm hündürlüyündə, soyuğa və küləyə davamlı), Küknar (Pixta) (400 ədəd, 1–1,5 m hündürlüyündə, kökləri tam inkişaf etmiş və bağlama xamut ilə təmin edilmiş).və.s

Xidmətlər çərçivəsində bitkilərin çatdırılması Abşeron rayonu ərazisinə hava şəraitinə uyğun və İcra Hakimiyyəti ilə razılaşdırılmış tarixdə həyata keçiriləcək.  

Ayaz

 

 

Oxşar Xəbərlər