İran və İraq arasındakı bütün aviadaşımalar müvəqqəti dayandırılıb.
32gun.az bildirir ki, bu barədə Səudiyyə Ərəbistanının Al Hadath telekanalı X sosial şəbəkəsində məlumat verib, xəbərdə mənbələrə istinad olunub.
Yayılan məlumatda qeyd olunur ki, İrandan İraqa olan bütün reyslər bütün iraq hava limanlarına ləğv edilib.
Qeyd edək ki, Avropa İttifaqının Xarici Siyasət Xidmətinin rəhbəri Kaya Kallas bildirib ki, Aİ İranda etirazçılar təzyiqi altında rəhbərliyin tezliklə devriləcəyini gözləmir, lakin vətəndaş cəmiyyətinə dəstək verərək bu istiqamətdə çalışır.
Bundan əvvəl isə Avropa İttifaqının ölkələri İran İnqilab Keşikçiləri Korpusunu (İKK) “terror təşkilatı” siyahısına daxil etməyi müzakirə edirdilər.
Xatırladaq ki, İranda milli valyutanın devalvasiyası ilə bağlı 28 dekabrda etirazlar başlayıb. Hakimiyyət tədbirləri gücləndirib, polisin gözyaşardıcı qaz və pnevmatik silahdan istifadə etdiyi bildirilib. Böyük nümayişlər Tehran şəhərində keçirilib, ən ciddi toqquşmalar isə ölkənin qərb və cənub-qərb bölgələrində – Malekşaha, Kərmanşah və Lordegan şəhərlərində qeydə alınıb.
Ayaz