ABŞ hökuməti tərəfindən saxlanılan “Marinera” tankerinin 28 nəfərlik ekipajının əksəriyyətini ukraynalılar təşkil edir.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, ekipajın 20 üzvü Ukrayna vətəndaşı, 6 nəfəri (o cümlədən kapitan) Gürcüstan vətəndaşı, 2 nəfəri isə Rusiya vətəndaşıdır.
İlkin məlumatlara görə, tanker əvvəllər Qayana bayrağı altında hərəkət edirdi. Lakin həbs təhlükəsi yarandıqda ekipaj Sosi limanında müvəqqəti qeydiyyat alaraq gəmini Rusiya bayrağı altında qeydiyyata salıb.
Hal-hazırda “Marinera” Britaniya limanına doğru hərəkət edir və daha sonra ABŞ-a müşayiət olunacaq.
7 yanvar axşamı məlum olub ki, M/V Bella 1 (“Marinera”) Şimal Atlantik okeanında saxlanılıb. Saxlanılan tanker ABŞ tərəfindən Venesueladan neft daşınması ilə bağlı sanksiyaları pozmaqda ittiham edilir. ABŞ baş prokuroru Pəm Bondi bildirib ki, hüquq-mühafizə orqanları tankerin ekipaj üzvlərinə qarşı ittiham irəli sürməyi planlaşdırır.
Nilay