Rusiyada məhkəmə Kabaridno-Balkar Respublikası üzrə Fövqəladə Hallar Nazirliyinin (FHN) Baş İdarəsinin keçmiş rəisi, general-mayor Mixail Nadejinin qohumlarına məxsus bank hesabları və əmlak üzərinə həbs qoyub.
32gun.az bildirir ki, bu barədə RIA Novosti məhkəmə sənədlərinə istinadən məlumat yayıb.
İstintaqın müəyyən etdiyi məlumata görə, cinayət yolu ilə əldə edilmiş vəsaitlər Nadejin və iş üzrə digər fiqurant tərəfindən yaxın qohumlar və etibarlı şəxslər arasında bölüşdürülüb. Bu səbəbdən beş bank hesabı, iki yaşayış sahəsi, yaşayış sahəsinin yarım payı, bir torpaq sahəsi və Chery markalı avtomobil həbs edilib.
Mixail Nadejinin saxlanıldığı barədə məlumat 30 sentyabrda yayılıb. O, Moskvaya etap edilib və barəsində həbs qətimkan tədbiri seçilib. Keçmiş FHN rəhbəri 2 milyon rubl məbləğində rüşvət almaqda şübhəli bilinir. İstintaqın versiyasına görə, bu məbləğ qarşılığında o, yanğın təhlükəsizliyi ilə bağlı sənədləri faktiki yoxlamalar aparmadan imzalamağa razılaşıb
Ayaz