DÜNYA

İranda zəlzələ nəticəsində 99 nəfər yaralanıb

İranın cənubunda zəlzələ nəticəsində xəsarət alanların sayı 99 nəfərə çatıb.

32gun.az “İSNA” agentliyinə istinadən xəbər verir ki, xəsarət alan 99 nəfərdən hazırda 10-u xəstəxanaya yerləşdirilib.

88 nəfər isə zəruri tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Qeyd edək ki, noyabrın 14-ü İranda 6 baldan yüksək iki zəlzələ baş verib. Zəlzələlərin episentri Bender-Abbas şəhərindən təqribən 60 km məsafədə yerləşib. İlkin məlumatda zəlzələ nəticəsində 2 nəfərin öldüyü, 17 nəfərin isə yaralandığı deyilirdi.

 

Oxşar Xəbərlər