DÜNYA

Azərbaycanlı qadının bu səhvi Türkiyədə əhalini qorxuya saldı - Polis hərəkətə keçdi (FOTO+ VİDEO)

Dünən saat 11.00 radələrində Türkiyənin Manavqat bölgəsdindəki bankların birində unudulmuş çanta polisləri hərəkətə keçirib.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, banka əməliyyat üçün gedən müştərilərdən biri çantayla bağlı polisə müraciət edib. Sözügedən əraziyə gələn polislər təhlükəsizlik tədbirləriylə bağlı olaraq insanları oradan uzaqlaşdırıb.

Bankın ətrafında gediş-gəlişin qarşısının alınması üçün  yollar zibil maşınlarıyla bağlanılıb.

Çantaya nəzər yetirmək üçün bomba zərərsizləşdirmə qrupu çağırıldıgı zaman azərbaycanlı qadın bank filialına yaxınlaşaraq çantanın ona məxsus olduğunu söyləyib.

Yoxlama işləri aparıldıqdan sonra qadına xəbərdarlıq edilib və çanta sahibinə təhvil verilib. 

Nurlan Şiraliyev

Oxşar Xəbərlər