SOSIAL

Azərbaycanlı yutuber Türkiyədən deport edilir - Əxlaqsız videolara görə (FOTO)

Bir müddət əvvəl İstanbulda saxlanılan azərbaycanlı "yutuber" Fariz Baxşəliyevin Türkiyədən deport ediləcəyi bildirilir. 

32gun.az-ın məlumatına görə, Türkiyədə yaşayan, Youtube-da reaksiya doğuran videoları ilə gündəmə gələn Fariz Baxşəliyev bu dəfə nalayiq görüntülər paylaşdığına və cəmiyyətin mənəviyyatını pozacaq hərəkətlərə görə saxlanılıb.

Şikayətlər əsasında hərəkətə keçən İstanbul polisi Fariz Baxşəliyevi noyabrın 2-də axşam saatlarında yaşadığı ünvanda saxlayıb.

Polis bölməsində ifadəsi alınan Baxşəliyev daha sonra Əyalət Deportasiya İdarəsinə təhvil verilib.

Əcnəbilərə tətbiq edilən inzibati prosedurlardan keçən Fariz Baxşəliyev deport ediləcəyin anı gözləyir. 

Xatırladaq ki, bu ilin yanvarında F.Baxşəliyev küçədə su “satan” azyaşlı oğlanla bağlı video hazırlaşmışdı. Sonradan onun hazırladığı videonun qurama olduğu məlum olmuşdu. Bundan sonra hüquq-mühafizə orqanları Baxşəliyev barədə istintaq başlatmışdı.

 “Xalqı kin və düşmənliyə təhrik etmə və ya alçaltma” ittihamı ilə saxlanılan Baxşəliyevin 1,5 ilə qədər həbsi istənilmişdi.

Nilufər

Oxşar Xəbərlər