HADİSƏ ÖZ XƏBƏR

Masallıda ağır yol-nəqliyyat qəzası: Ölümdən qılpayı qurtuldu

Masallı rayonunda baş vermiş ağır yol-nəqliyyat qəzasından sonrakı görüntülər dəhşət doğurub.

32gun.az-ın məlumatına görə, qəza nəticəsində Vaz 2101 markalı avtomobil tamamilə yararsız vəziyyətə düşüb.

Avtomobildə olan Murad Kərimov adlı şəxs xəsarət alaraq ağır vəziyyətdə təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Hazırda onun müalicəsi davam edir.

Məlumata görə, qəza zamanı Vaz 2101 digər avtomobillə üzbəüz toqquşub və maşın əzilib, qatlanıb.

Hadisə ilə bağlı araşdırma aparılır.
Ayaz 

Oxşar Xəbərlər