Masallı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
32gun.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Məlumata görə, “BMW” markalı avtomobil ilə “VAZ-2106” toqquşub. Qəza nəticəsində “VAZ-2106” markalı avtomobil yararsız hala düşüb. Toqquşmadan sonra hər iki nəqliyyat vasitəsi yoldan çıxaraq kənara sürüklənib.
Xoşbəxtlikdən hadisə zamanı ölən olmayıb. Qəza ilə bağlı araşdırma aparılır.
Ayaz