Türkiyənin Antalya vilayətinin Alanya rayonunda evində halı pisləşərək ürəyi dayanan Azərbaycan vətəndaşı gənc, aparıldığı Manavgat Dövlət Xəstəxanasında həyatını itirib.
32gun.az-ın əldə etdiyi məlumata görə, Alanyanın Okurcalar məhəlləsində ailəsi ilə birlikdə yaşayan 21 yaşlı Tanverdi Salmanov evində qəfil halı pisləşərək qusmağa başlayıb. Hadisə barədə məlumat verildikdən sonra ünvana 112 Təcili Tibbi Yardım briqadaları cəlb olunub. Müayinə zamanı gəncin ürəyinin dayandığı müəyyən edilib və ilkin tibbi yardım hadisə yerində göstərilib.
Ürək masajı altında Manavgat Dövlət Xəstəxanasına çatdırılan Tanverdi Salmanov, həkimlərin bütün səylərinə baxmayaraq xilas edilə bilməyib.
Gəncin meyiti Manavgat Polis İdarəsinin Hadisə Yeri Araşdırma qrupları, prokuror və məhkəmə-tibb eksperti tərəfindən aparılan ilkin baxışdan sonra dəqiq ölüm səbəbinin müəyyən edilməsi üçün Antalya Məhkəmə-Tibb Qurumuna göndərilib.
Ayaz