Moskva ÇSKA klubunun baş məşqçisi Fabio Çelestini Rusiya Premyer Liqasında (RPL) tətbiq olunan legioner limiti ilə bağlı fikirlərini bölüşüb.
32gun.az xəbər verir ki, O, bu qaydanın müəyyən mənada faydalı olduğunu bildirib.
“Düşünürəm ki, legioner limitinin mənası var. Məsələn, Popolitovu götürək. Biz hazırda onu inkişaf etdirməyə çalışırıq. Limit baş məşqçiləri rusiyalı futbolçuların irəliləyişinə yönəlməyə təşviq edir”, – deyə Çelestini “Çempionat” nəşrinə açıqlamasında deyib.
Xatırladaq ki, Rusiya idman naziri Mixail Deqtyarev RPL-də legioner limitinin dəyişdirilməsi təşəbbüsü ilə çıxış edib. Hazırda klublar mövsüm ərzində 13 xarici futbolçu qeydiyyata sala, onlardan 8-ni eyni vaxtda meydanda oynada bilirlər. Yeni formatda isə 10 legioner qeydiyyata alınacaq və yalnız 5-i meydana çıxmaq imkanı qazanacaq.
Deqtyarevin Rusiya Futbol İttifaqı (RFS), RPL və klubların rəhbərləri ilə görüşü 9 sentyabrda baş tutmalı idi, lakin nazirin qrafikindəki dəyişikliklərə görə qeyri-müəyyən müddətə təxirə salınıb.
Ayaz