İDMAN ÖZ XƏBƏR

"Arsenal”ın 15 yaşlı futbolçusu Çempionlar Liqasında tarix yazdı

Londonun “Arsenal” klubunun futbolçusu Maks Doumen UEFA Çempionlar Liqasının tarixində ən gənc oyunçu olub. O, əsas mərhələdə Praqanın “Slaviya”sına qarşı keçirilən görüşün 73-cü dəqiqəsində meydana daxil olub.

32gun.az bildirir ki, Doumenin oyuna çıxdığı vaxt onun yaşı cəmi 15 il 308 gün idi.

Gənc futbolçu hazırda həm məktəb təhsilini, həm də peşəkar futbolu paralel şəkildə davam etdirir. Bildirilir ki, Praqadakı matçdan sonra o, dərslərinə qatılmaq üçün yenidən İngiltərəyə dönəcək.

Görüş “Arsenal”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qollara Bukayo Saka və iki dəfə fərqlənmiş Mikel Merino imza atıblar. Bütün qollar Doumen oyuna daxil olmamışdan əvvəl vurulub.

Qeyd edək ki, 2022-ci ilin fevralında FIFA və UEFA Rusiya yığmalarını və klublarını beynəlxalq turnirlərdən kənarlaşdırıb. Buna görə Rusiya komandaları artıq Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında iştirak edə bilmir, milli komanda isə 2022 Dünya çempionatı və 2024 Avropa çempionatında mübarizə aparmayıb, həmçinin 2026 mundialının seçmə mərhələsinə buraxılmayıb.

Ayaz 

Oxşar Xəbərlər