Bu bizə bir daha xatırladır...
Məlumdur ki, Ümummilli lider Heydər Əliyev idmanın və idmançıların cəmiyyət həyatında mühüm yer tutmasına, onların layiqli mövqe qazanmasına hər zaman xüsusi önəm verirdi. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin, 1995-ci ildə isə Azərbaycan Prezidenti yanında Fondun yaradılması ölkədə dövlət idman siyasətinin uğurla həyata keçirilməsinə şərait yaratdı. Bunun nəticəsində idmanın kütləviləşməsi, bu sahənin inkişafı və dünya miqyasında tanınan idmançıların yetişdirilməsi istiqamətində mühüm addımlar atıldı.

Heydər Əliyev idman və bədən tərbiyəsini xalqın sağlamlığının qorunmasında vacib sosial sahə adlandıraraq, idmanın Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasında böyük rol oynadığını vurğulayırdı. O demişdi: “Azərbaycan bayrağı dünyada əsasən iki halda qaldırılır — biri dövlət başçısı xarici ölkəyə səfər edərkən, digəri isə idmançılarımız beynəlxalq yarışlarda qalib gələndə. Hər iki halda Azərbaycan himni səslənir, bayrağımız dalğalanır”.

Ulu Öndərin uzaqgörən siyasəti və müdrik rəhbərliyi sayəsində Azərbaycan qısa müddətdə idman sahəsində də mühüm nailiyyətlərə imza atdı. 1996-cı ildə ölkəmiz ilk dəfə müstəqil dövlət kimi Atlanta Olimpiadasında 23 idmançı ilə iştirak edərək, 197 ölkə arasında 61-ci yeri qazandı. Bu, Azərbaycanın beynəlxalq Olimpiya hərəkatında ilk uğuru idi. Heydər Əliyev qeyd edirdi ki, idman yarışlarında əldə olunan nailiyyətlər təkcə xalqımızın fiziki gücünü deyil, həm də müstəqil Azərbaycanın dünyada tanıdılmasına xidmət edir.

Layiqli varis uğurlu siyasətini idmanda da özünü göstərir
Bu gün Ümummilli lider Heydər Əliyevin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyasının bu gün onun layiqli varisi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən böyük qətiyyət və inamla davam etdirilir.

1997-ci ildə İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ölkəmizdə idmanın inkişafında yeni bir dövrün başlanğıcı oldu. Bu dövrdən etibarən Azərbaycan həm də bir idman dövləti kimi dünyada daha geniş tanınmağa başladı və Olimpiya hərəkatında fəal iştirak etməyə başladı. 2000-ci ildə Sidneydə keçirilən Yay Olimpiya Oyunlarında idmançılarımız iki qızıl və bir bürünc medal qazanaraq, 199 ölkə arasında 34-cü pillədə qərarlaşdılar.
Azərbaycan idmançılarının beynəlxalq yarışlarda əldə etdikləri uğurlar, qazandıqları medallar və qaldırdıqları üçrəngli bayrağımız dövlətimizin nüfuzunu daha da yüksəltdi. Ümummilli lider Heydər Əliyevin də ən böyük arzusu məhz bu idi - Azərbaycan idmançılarının qalibiyyətləri ilə ölkəmizi dünyada layiqincə təmsil etməsi və onun adını ucalması...
Ulu öndər çıxışlarından birində demişdi:
“Çox narahat olurdum ki, niyə bizim idmançılar yüksək adlar ala bilmirlər? Bizə cürbəcür izahatlar verirdilər. Bəzi adamlar hətta belə hesab edirdilər ki, guya Azərbaycan xalqının, Azərbaycan millətinin idman ənənəsi zəngin olmadığına görə, böyük olmadığına görə və onun böyük tarixi olmadığına görə bizim azərbaycanlılar bu yüksək adları ala bilmirlər. Bəzən belə deyirdilər ki, məsələn, güləşdə bizim azərbaycanlılar müəyyən bir çempion adı ala bilərlər, amma başqa idman növlərində ala bilmirlər. Düzü, o illər mən bu fikirlərlə daxilən razı olmurdum və açıq da deyirdim ki, bunlar doğru fikirlər deyildir. Bizim xalqımız, millətimiz fiziki cəhətdən, genetik cəhətdən çox sağlam xalqdır, çox sağlam millətdir. Buna görə də ola bilməz ki, bizim idmançılar yüksək nailiyyətlər qazana bilməsinlər”.

Bu gün Azərbaycan bütün sahələrdə inkişaf və yüksəliş mərhələsini yaşayır. Ulu Öndər Heydər Əliyevin milli maraqlara əsaslanan inkişaf yolu bu gün Prezident İlham Əliyev tərəfindən böyük inam və əzmlə davam etdirilir. Bu siyasətin önəmli istiqamətlərindən biri də idmandır. Son illərdə idman sahəsində əldə edilən nailiyyətlər, qazanılan qələbələrin çoxluğu dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğının bariz göstəricisidir. Prezident İlham Əliyevin idmançılara olan şəxsi münasibəti və dəstəyi onları daha böyük zirvələri fəth etməyə ruhlandırır.
Təkcə paytaxtda deyil, bölgələrdə də idmanın inkişafı üçün yaradılan şərait gənclərin sağlam böyüməsinə, idmanın kütləviləşməsinə və yeni istedadların üzə çıxmasına şərait yaradır.

Bu gün əldə etdiyimiz uğurlar bir daha sübut edir ki, ölkəmizdə idman siyasəti düzgün istiqamətdə qurulub. Azərbaycanın düşünülmüş və məqsədyönlü siyasəti sayəsində ölkəmiz beynəlxalq idman ailəsində etibarlı tərəfdaş kimi qəbul olunur, idmançılarımız isə dünya arenalarında güclü rəqib hesab edilirlər. Bu etimadın nəticəsidir ki, nüfuzlu beynəlxalq yarışların keçirilməsi hüququ tez-tez Azərbaycana həvalə edilir.
Bu gün Azərbaycan idman ictimaiyyəti tam əmindir ki, Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin ölkənin inkişafına yönəlmiş fəaliyyəti idman sahəsində də mühüm nailiyyətlərin əldə olunmasına səbəb olub və bu uğurlar gələcəkdə daha da artacaq.

Ölkəmizdə fəaliyyət göstərən idman federasiyaları arasında Azərbaycan Gimnastika Federasiyası (AGF) səmərəli, işgüzar fəaliyyəti və yenilikləri ilə diqqət çəkir. AGF ölkənin ən fəal idman qurumlarından biri kimi uğurlara sahib olub. Federasiyada gimnastikanın 6 növü müvəffəqiyyətlə inkişaf etdirilir. 2002-ci ildə AGF yenidən qurulduqdan və hazırda ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva AGF-yə prezident seçildikdən sonra gimnastika növlərinin inkişafı məqsədilə qarşıya qoyulan planları həyata keçirmək üçün çox böyük işlər görülüb. övlət səviyyəsində göstərilən diqqət və qayğı, müasir idma Gimnastika idman növü uşaq və gənclərin fiziki və mənəvi tərbiyəsində xüsusi rola malikdir. n infrastrukturun yaradılması idmanın inkişafında yeni mərhələ təşkil edir. Azərbaycanda dövlətin idman siyasətini rəhbər tutan federasiyalar da öz fəaliyyətlərini mövcud dövrün tələbləri səviyyəsində qururlar. AGF-in məqsədyönlü və səmərəli fəaliyyətinin nəticəsində uşaq, yeniyetmə və gənclərin gimnastika növləri üzrə bölmələrə axını artıb.
Aygün İlqarıqızı / 32gun.az Xəbər Portalının baş redaktoru