İDMAN ÖZ XƏBƏR

ÇSKA, “Krasnodar”la oyunda Moyzesin qırmızı vərəqəsi ilə bağlı ESK-yə müraciət etdi

Moskva ÇSKA-sı Rusiya Futbol İttifaqı prezidentinin yanında fəaliyyət göstərən Ekspert-hakim Komissiyasına (ESK RFŞ) 18-ci turda “Krasnodar”la keçirilən RPL oyununda Moyzesin meydandan qovulması ilə bağlı müraciət edib.

32gun.az xəbər verir ki, bu barədə “Matç TV” RFŞ-in kommunikasiya xidməsinə istinadən məlumat yayıb.

Matç zamanı Moyzes iki sarı vərəqə alaraq ikinci hissədə meydandan uzaqlaşdırılıb.

“Krasnodar”da keçirilən görüş “biklər”in 3:2 hesablı qələbəsi ilə başa çatıb. Oyunun əvvəlində hesabı CSKA-nın oyunçusu Moyzes açıb. Fasilədən əvvəl Dion Kordoba tarazlığı bərpa edib. İkinci hissənin əvvəlində Viktor Sa “Krasnodar”ı irəli çıxarıb. Joau Batşi matçın sonuna 20 dəqiqə qalmış üstünlüyü iki topa çatdırıb. Kompensasiya olunmuş dəqiqələrdə Mateus Alveş fərqi minimuma endirib.

Rusiya çempionatında 18 turdan sonra “Krasnodar” 40 xalla turnir cədvəlinə başçılıq edir. Bir xal geridə olan “Zenit” ikinci pillədə qərarlaşıb. CSKA isə 36 xalla dördüncü yerdədir.

Ayaz 

Oxşar Xəbərlər