Nyu-York federal məhkəməsində ABŞ tərəfindən həbs edilən Venesuela Prezidenti Nikolas Maduronun vəkili Barri Pollak bildirib ki, onun müştərisi suveren dövlətin rəhbəridir və bu vəzifə ilə bağlı imtiyaz və immunitet hüququna malikdir.
32gun.az bildirir ki Məhkəmə iclası CNN tərəfindən canlı yayımlanıb.
ABŞ tərəfi isə Maduro və onun rejimini legitim saymır, çünki Venesuelada keçirilmiş bir neçə seçimi mübahisəli hesab edir.
Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Venesuelaya hərbi əməliyyat həyata keçirib. Əməliyyatdan sonra ABŞ Prezidenti Donald Tramp Maduro və həyat yoldaşının ABŞ hərbçiləri tərəfindən tutulduğunu açıqlayıb. Onlara “narkoterrorizm”, silah saxlama və narkotik kontrabandasına görə ittihamlar irəli sürülüb. Tramp Maduronu artıq prezident saymadığını və ABŞ-ın ölkədə “hakimiyyəti təhvil alacağını” bildirib.
5 yanvarda Nyu-Yorkda federal məhkəmə ilk iclasını keçirib. Maduro həbsdə saxlanılıb, növbəti dinləmə təyin olunub. Maduro ittihamları qəbul etməyib və özünü müharibə əsiri adlandırıb.
Ayaz