ÖZ XƏBƏR

Milli Aerokosmik Agentliyi liftlərin alınması üçün tender keçirib

Azərbaycan Milli Aerokosmik Agentliyi tərəfindən qurğuların alınması üzrə satınalma müsabiqəsi elan olunub.

32gun.az xəbər verir ki,  tender çərçivəsində ümumi dəyəri 219.480,00 AZN olan müqavilənin bağlanması ehtimal edilir.

Satınalmanın əsas predmetini “Sərnişin lifti” avadanlıqları təşkil edir. Texniki tələblərə görə, minimum 1000 kq yükqaldırma qabiliyyətinə malik, 13 nəfərlik kabin ölçüləri müəyyən edilmiş, VVVF kontrol sistemli və beynəlxalq EN81-20/50:2020, həmçinin CE standartlarına cavab verən qurğuların təchiz olunması planlaşdırılır.

Müsabiqə sənədlərində liftlərin quraşdırılması ilə yanaşı, köhnə qurğuların sökülməsi, şaxtanın işıqlandırılması, torpaqlanma sistemi və ətrafda zəruri təmir-bərpa işlərinin görülməsi kimi əlavə xidmətlərin də icra ediləcəyi göstərilib. Zəmanət şərtlərinə əsasən, liftlərə 24 ay, əsas üç komponentə isə 5 il müddətinə təminat tələb olunur.

Nilay

Oxşar Xəbərlər