"Venesuela ABŞ-ın bütün tələblərini yerinə yetirir, Tramp əməkdaşlığın davamını gözləyir"
Venesuela hakimiyyəti Vaşinqtonun bütün sorğu və tələblərini yerinə yetirir, ABŞ prezidenti Donald Tramp isə əməkdaşlığın davam edəcəyini gözləyir.
32gun.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt brifinq zamanı bildirib. Məlumatı TASS yayıb.
Livittin sözlərinə görə, ABŞ dövlət katibi Marko Rubio və Tramp administrasiyası Venesuelanın müvəqqəti hökumətinin səlahiyyətli nümayəndəsi, Bolivar Respublikasının “prezident səlahiyyətlərini icra edən” Delси Rodriges və digər hökumət üzvləri ilə daim əlaqə saxlayır.
“Onlar əməkdaşlığa son dərəcə açıq mövqe nümayiş etdirirlər”, – deyə Ağ Evin sözçüsü qeyd edib.
Kerolayn Livitt əlavə edib ki, hazırkı vaxta qədər Karakas hakimiyyəti ABŞ və prezident Tramp tərəfindən irəli sürülən bütün tələbləri və xahişləri yerinə yetirib.
Bundan bir qədər əvvəl Donald Trampın Venesuela müxalifətinin tanınmış nümayəndəsi Mariya Korina Maçado ilə görüş keçirdiyi məlum olub. Maçado ABŞ prezidentinə təqdim edilmiş Nobel Sülh Mükafatını ona verməyə hazır olduğunu açıqlayıb.
Mariya Korina Maçado bildirib ki, Tramp Venesuelaya qarşı həyata keçirilən hücuma görə Nobel Sülh Mükafatına layiqdir və o, bu mükafatı ABŞ liderinə təhvil verməyə hazırdır.
Qeyd edək ki, 3 yanvar 2026-cı ildə ABŞ qüvvələri Venesuelaya bir sıra zərbələr endirib, ölkə prezidenti Nikolas Maduronu saxlayaraq ölkədən çıxarıb. 5 yanvar 2026-cı ildə Maduronun narkokartelin idarə olunması və digər ağır cinayətlər üzrə məhkəməsi başlayıb. Hazırda onu bir neçə ömürlük həbs cəzası gözləyir.
Nilay